"Vətən Sizi Unutmaz” adlı anım tədbiri keçirilib

"Veten Sizi Unutmaz” adli anim tedbiri kecirilib

Şəhid Cəfərov Ayxan Cəmaləddin oğluna həsr olunmuş “ Vətən Sizi Unutmaz” adlı anım tədbiri keçirilib.
Tədbirdə şəhid Ayxan Cəfərovun ailə üzvləri, döyüş dostları Vətən Müharibəsi iştirakçıları, qazilər, Müdafiə nazirliyinin idarə və müəsisələrindən nümayəndə heyəti iştirak edib.
Tədbirdə muzey rəisi e. o. polkovnik Əzizağa Qəni-zadənin Ayxan Cəfərovun həyatı və döyüş yoluna həsr olunmuş məruzəsi, tabor komandiri e.o.mayor Rahib Misirzadənin, döyüş yoldaşı – e.o.leytenant Elnur Talıbovun, Elçin Hətəmovun, eyni zamanda şəhidin ailə üzvləri- atası Cəmaləddin Cəfərovun, anası- Fəxmirə Cəfərovanın, xalası –Şəfiqə Əsədovanın şəhidimizlə bağlı xatirələri dinlənilib. Qeyd olunub ki, Vətən müharibəsində minlərlə azərbaycanlı gənc torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşaraq adlarını tarixə yazdırdılar. Onlardan biri də Ayxan Cəmaləddin oğlu Cəfərovdur. O, müstəqillik illərində qurulmuş Azərbaycan Ordusunun vətənpərvər döyüşçülərindən idi.
Cəfərov Ayxan Cəmalləddin oğlu 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üç təpə kəndində anadan olub. Qəhrəman şəhidimiz 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib.
2016-cı ilin aprelin ilk günlərində cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində atəşkəs pozuldu. Aprel döyüşləri Azərbaycan Ordusu bölmələrinin atəşkəs dövründə Ermənistan ordusunun üzərində qazandığı və bütün dünyanı əsgərimizin gücündən danışmağa vadar etdiyi böyük uğur oldu. Cəfərov Ayxan da ordumuzun həmin uğurlu aprel döyüşlərində əsgəri borcunu şərəflə yerinə yetirib.
28 sentyabr cəbhədə yaranan vəziyyəti eşidən Ayxan Müdafiə Nazirliyinin səhifəsinə kəşfiyyatçı olduğunu döyüşlərdə iştirak etmək istədiyini yazıb.
28 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. 29 sentyabr 2020-ci ildə Ağcabədi korpusunda könüllülər dəstəsinə yazılaraq Füzuli bölgəsində döyüşüb.
Şəhid Ayxan Cəfərov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli, Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə ürəklə, cəsarətlə vuruşub. Döyüşlərində snayperçi kimi iştirak etmiş Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə dşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub. 17 oktyabr 2020-ci ildə Cəlilabad rayounu Üçtəpə kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə gğrə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Ayxan Cəmaləddin oğlu Cəfərov ölümündən sonra “ Vətən uğrunda medalı, "Cəsur döyüşçü " və "Cəbrayıln azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Tədbirdə Ayxan Cəfərova həsr olunmuş qısametrajlı video-rolik nümayiş olunub.
Anım tədbirinin bədii hissəsində Azərbaycan Ordusunun Həzi Aslanov adına Ordu, İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbir şəhid kəşfiyyatçı Ayxan Cəfərova həsr olunmuş sərgi və xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.