İctimai nəzarət güclənir — Media və QHT birgə hərəkət edəcək (FOTOLAR)
“Azad İstehlakçılar” İctimai Birliyinin ofisində İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin üzvləri - İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Rauf Zeyni, Qorxmaz İbrahimli və Əhməd Abbasbəyli, o cümlədən tanınmış media rəhbərləri - “LAF TV-nin rəhbəri Ləman Ələşrəfqızı, “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli, “Öndər TV”-nin rəhbəri Ramil Əliyev iştirak ediblər.
Görüş zamanı İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin gündəliyinə daxil edilən məsələlər müzakirəyə çıxarılıb.
Görüşdə çıxış edən İlham İsmayılov qeyd edib ki, İctimai Nəzarət Mərkəzinin fəaliyyətinin gücləndirilməsi üçün vətəndaş cəmiyyəti ilə medianın birgə işinin koordinasiyasına ehtiyac var.
Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev də hər dəfə çıxışlarında ictimai nəzarətin əhəmiyyətindən bəhs edir.
İlham İsmayılov deyib ki, İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinə üzvlük hər zaman açıqdır və potensialı olan yeni insanların bura qoşulması alqışlanır.
Görüşdə media və qeyri-hökumət təşkilatlarının eyni platformada daha güclü fəaliyyət göstərməsi üçün müvafiq addaımlar atılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, yaxın gələcəkdə təçkilatın İdarə Heyətində media nümayəndələrinin də təmsil olunması nəzərdə tutulub.
Daha sonra bu məsələ İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Yaxın günlərdə İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin növbəti iclasının keçirilməsi qərara alınıb.