Sehid Yunis Kazimov

Şəhid Yunis Kazımov

24 Sentyabr 1993
Ümumi məlumat

Yunis Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda "N" saylı hərbi xidmətdə xid zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusuna xidmətini davam etmişdir. 2-ci Qarabağ müharibəsi (44 günlük) bitdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunis Kazımovun şəhid dostunun adını verdiyi Əli adında bir oğluda var.

Yunis 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl,Qubadlı, Hadrut,Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Hadrutun azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Yunis Kazımov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.