Sehid Seymur Baxisov

Şəhid Seymur Baxışov

12 İyul 1987
Ümumi məlumat

Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində dünyaya göz açıb. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur 2009-cu ildə Aynur xanım ilə ailə həyatı qurub, Amin adında bir oğlu yadigar qalıb.

2017-ci ildə şəhidin yaşamış olduğu binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.

Kiçik gizir 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhadətə yüksəlib.

Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.