Sehid Ravil Novruzov

Şəhid Ravil Novruzov

05 Sentyabr 1986
Ümumi məlumat

Ravil Novruzov 1986-cı ilin 5 sentyabr günündə Xızı rayonunun Giləzi kəndində dünyaya gəlib.

Gizirimiz 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 4-ü Ravil doğulduğu Xızı rayonunun Giləzi kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açıldı və gizir Novruzov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.