Sehid Ramiz Ceferov

Şəhid Ramiz Cəfərov

10 Dekabr 1974
Ümumi məlumat

Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub.

1981–1985-ci illərdə Sumqayıt  şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985–1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989–1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992–1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Noyabrın 6-da Şuşa istiqamətində həlak olub.