Sehid Orxan Mustecebov

Şəhid Orxan Müstəcəbov

05 Mart 1993
Ümumi məlumat

Orxan Müstəcəbov 5 mart 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub.

Əsgər Orxan Müstəcəbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və əsgər Müstəcəbov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.