Sehid Nayib Qasimov

Şəhid Nayib Qasımov

12 İyun 1997
Ümumi məlumat

Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya gəlib. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb.

Nayib 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi.

O, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb. Masallı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi