Sehid Namiq Xelilov

Şəhid Namiq Xəlilov

15 İyun 1992
Ümumi məlumat

Namiq Xəlilov 1992-ci il iyunun 15-də Şirvan şəhərində anadan olub. O, ailəli idi və şəhidimizdən 2 övladı yadigar qalıb.

Azərbaycan Ordusunun giziri olan Namiq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Xəlilov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

O, həmçinin ölümündən sonra prezidentimiz tərəfindən "Kəlbəcərin azad olunmasına görə",  "Hərbi xidmətlərə görə",  "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.