Sehid gizir Pervin Eliyev

Şəhid gizir Pərvin Əliyev

01 Yanvar 1970
Ümumi məlumat

Pərvin Əliyev 1980-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Şəhidimiz ailəli idi, iki övladı yadigar qalıb.

Gizir Pərvin 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhadətə yüksəlib. O, avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Əliyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.