Sehid Elnur Semedov

Şəhid Elnur Səmədov

11 Mart 1988
Ümumi məlumat

Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində dünyaya gəlib. O, Sumqayıt Dövlət Universitetini bitirib. Ailəli idi. Bir oğlu və bir qızı var var.

İgid şəhidimiz 2020-ci ilin sentyabrın-noyabr aylarında 44 günlük şanlı Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə mərdliklə savaşıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.