Sehid Camal Ismayilov

Şəhid Camal İsmayılov

07 İyul 1984
Ümumi məlumat

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində  dünyaya gəlib. Onun ailədə bir bacısı və bir qardaşı olub. 1986-cı ildə — Camal İsmayılovun 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərində yaşamağa başlayıblar

Şəhidimiz aprel döyüşlərində də mərdliklə savaşıb. 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu, həmçinin Ərgünəş və Hadrut qəsəbəsi stiqamətlərində gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olub. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin  zabitləri ilə birgə Ermənistan ordusunun rabitə qovşağına qoşulub və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib. 

Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə qatılıblar. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhadətə yüksələn bütün igidlərimizə rəhmət eləsin!