Rəşad Məcid “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub

Resad Mecid “Heyder Eliyevin 100 illiyi (1923-2023)” yubiley medali ile teltif olunub

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, yubiley medalı martın 28-də Media Ağentliyində Rəşad Məcidə təqdim edilib.

Mətbuat Şurasının sədri təltifə görə cənab prezident İlham Əliyevə təşəkkürünü bildirib.