Qubada Şəhid Mehrab Niftəliyevə həsr olunmuş tədbir keçirilib

Qubada Sehid Mehrab Nifteliyeve hesr olunmus tedbir kecirilib

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, idarə heyəti və bir qrup qazi şəhid vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyevin 3-cu il dönümünə həsr olunmuş tədbirlə əlaqədar Quba şəhərinə gediblər.

 

Zeferinfo.az xəbər verir ki, səfər zamanı öncə Azərbaycan respublikasının ərazi bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimiz Quba şəhər şəhidlər xiyabanında ziyarət olunub. Daha sonra vətən müharibəsi qəhrəmanı xüsusi təyinatlı şəhid Mehrab Niftəliyevin adını daşıyan parkda şəhidin 3 cu il dönümə həsr olunmuş tədbir baş tutub.

 

Xüsusi Təyinatlıların Qaziləri, Səhid ailələri və Veteranları İctimai Birliyinin sədri çıxış edərək bildirib ki, belə tədbirlərin həyata keçirilməsi şəhidlərin tanıdılması, adlarının əbədiləşdirilməsi baxımından gözəl təşəbbüsdür. Belə mötəbər işlər həmişə davam etdirilməlidir. 

Həmçinin, şəhidin döyüş yoldaşları onunla bağlı öz xatirələrini bölüşüblər.

 

Tədbir yekunlaşdıqdan sonra digər bir  neçə şəhid ailəsinə də baş çəkilib. 

Sonda Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Quba regional filialının sədri Ramin Yunusov yüksək səviyyədə göstərdiyi fəaliyyətə görə Sədr Bəhruz Məmmədzadə onu fəxri fərmanla təltif edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Zeferinfo.az