İlham Əliyev Belarus Prezidentini təbrik edib

Ilham Eliyev Belarus Prezidentini tebrik edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Zeferinfo.az xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

Dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.