Goranboy üzrə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları " ictimai birliyinə sədr seçildi
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları " ictimai birliyinin İdarə Heyətinin müvafiq qərarına əsasən Goranboy rayonu üzrə ictimai birliyin nümayəndəliyinə sədr təyin edilib.
Zeferinfo.az xəbər verir ki, birliyin sədri Bəhruz Məmmədzadənin əmrinə görə, bu vəzifəyə Hüseynov Valeh Səfər oğlu təyin olunub.
Valeh Hüseynova İdarə Heyətinin sədri və üzvləri öz tövsiyələrini verərək gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.