3 erkən nikah və erkən nişanlılıq faktı aşkarlanıb

3 erken nikah ve erken nisanliliq fakti askarlanib

11-12 iyun tarixlərində "Azərbaycan Uşaqları" İctimai Birliyinin Neftçala rayonuna səfəri olub.

 

 

Zeferinfo.az xəbər verir ki, bu barədə AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə bildirib.

Səfər çərçivəsində Neftçala rayonunda Uşaq Forum Teatrı-İncəsənət əsaslı öyrənmə layihəsinin növbəti təlimləri keçirilib. "Azərbaycan Uşaqları" İctimai Birliyinə daxil olan məlumat əsasında Neftçala rayonunda bu gün erkən nikahın qarşısı alınıb. 17 yaşlı qızın özündən 10 yaş böyük olan biri ilə 22 iyun tarixində evləndiriləcəyi ilə bağlı birliyə daxil olan məlumat dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yönləndirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılıb, fakt təsdiqini tapıb. Erkən nikahın qarşısı alınıb. 

 

Qeyd edək ki, Uşaq Forum Teatrı-İncəsənət əsaslı öyrənmə layihəsi Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrandı hesabına keçirilir. Təlimlər davam edir.