1 ay ərzində AUİB-nin Uşaq Sığınacağına 20 nəfər uşaq yerləşdirilib

1 ay erzinde AUIB-nin Usaq Siginacagina 20 nefer usaq yerlesdirilib

1 yanvar 2024 -cü il tarixdən 13 fevral 2024-cü il tarixədək "Azərbaycan Uşaqları" İctimai Birliyinin  nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə sosial cəhətdən təhlükəli vəziyyətdə olan,erkən evlilik,nişanlılıq ,fiziki,cinsi zorakılıq,hamiləlik və s. səbəblərdən 20 nəfər uşaq yerləşdirilib.

 

Zeferinfo.az xəbər verir ki, onlardan 10 nəfəri qız,10 nəfəri oğlandır. Ən kiçiyinin yaş həddi  10 günlük, ən böyüyünün isə yaş həddi 17-dir. 

Yanvar ayı və fevral ayının ilk 10 günündə Sığınacaqdan ailəsinə təhvil verilən uşaqların sayı  3 nəfər olub. 


Uşaqların hər birinin yerləşdirilməsində  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib.Uşaqlar yerləşdikdən sonra qiymətləndirməni Sosial Xidmətlər Agentliyinin  əməkdaşları həyata keçirib. 

Ümumilikdə  Sığınacaqda bu günə qeydə alınmış uşaqların sayı 47 nəfərdir.