Zərdabda polis yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik tədbir keçirib

Zerdabda polis yol hereketi tehlukesizliyi ile bagli profilaktik tedbir kecirib

Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması və bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Zərdabda polis əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması halları, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblərə riayət edilib-edilməməsi yoxlanılıb.

Sürücülərlə profilaktik söhbətlər aparılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tövsiyələr verilib. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Hüquq pozuntularının qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri davam etdirilir.