Zərdabda pirotexniki vasitələrin satışının qarşısı alınıb

Zerdabda pirotexniki vasitelerin satisinin qarsisi alinib
Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.
Zeferinfo.az-ın xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.