Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb

Zerdabda avtomobil yolunun esasli temirine 2 milyon manat ayrilib

Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb.

Zeferinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.