"Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır" - Rəşad Nəbiyev

"Zengezur dehlizinin tikintisi feal sekilde aparilir" - Resad Nebiyev
"Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq".

Zeferinfo.az  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır:

"Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir. Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra "Azərbaycan Dəmir Yolları" bu layihənin icrasına başlayacaq".

R.Nəbiyev qeyd edib ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib: "Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb".

Back To Top