Zelenski tibb təhsili alanların ehtiyat zabit kimi hazırlanması barədə qanunu imzalayıb

Ukraynada tibb sahəsində təhsil alanlar ehtiyatda olan zabitlərin hazırlığı üzrə təlimlərə cəlb olunacaq.
Zeferinfo.az-ın “insider.ua”ya istinadən xəbərinə görə, Prezident Volodimir Zelenski bu barədə qanunu imzalayıb.
Sənəddə göstərilib ki, onların təlimlərdə iştirakı məcburi xarakter daşıyacaq.