Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib

Zelenski Putinle sulh danisiqlari aparmaga hazir oldugunu tesdiqleyib
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə sülh sazişinin şərtlərini müzakirə etmək üçün danışıqlar aparmağa hazır olduğunu təsdiqləyib.

Zeferinfo.az xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Rusiyadan bəyanatlar eşidirik və əgər bu, müharibəni ləyaqətlə bitirmək və həqiqətən uzunmüddətli sülh yaratmaq üçün onların ciddi hazırlığının siqnalıdırsa, Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşə hazır olduğunu bir daha təsdiqləyir", - o vurğulayıb.