“ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək

“ZeferFest-5” yaradiciliq festivali kecirilecek

Festival artıq beşinci ildir ki, təşkil olunur. “ZəfərFest” hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.

Nazirlikdən Zeferinfo.az-a  bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.

Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə Türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.