Zaxarova erməni jurnalisti "yerinə otuzdurub"

Zaxarova ermeni jurnalisti "yerine otuzdurub"
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb.

Zeferinfo.az xəbər verir ki, mübahisəyə Qarabağda qanunsuz ucaldılmış erməni abidələrinin sökülməsi ilə bağlı təxribat xarakterli sual səbəb olub.

“Mən sizə bir sual vermək istəyirdim: başqa ölkələrdə sökülən digər abidələr sizi maraqlandırırmı? Bu barədə nə vaxtsa sizdən heç bir material görməmişəm və eşitməmişəm. Hətta bizim sovet əsgərlərinin xatirəsinin qorunmasında, onların arasında erməni mənşəli olanların ad və soyadları aydın şəkildə görünənlərin belə müdafiəsində bu qədər geniş dəstək verdiyinizi heç vaxt müşahidə etməmişəm. Biz həmişə onların xatirəsini qorumaq, güllər qoymaq, məzarlarını təmiz saxlamaq, təhqirdən qorumaq və ya bərpa etmək üçün əlimizdən gələni edirik. Nə üçün siz bu kontekstdə heç vaxt sual verməyə təşəbbüs göstərmirsiniz, təkcə bizə deyil, bəlkə də elə öz ölkənizə. Bu sahədə birgə səylər nə yerdədir? Baxın indi görün nələr baş verib”, – deyə o bildirib.

Zaxarova əlavə edib ki, bu mövzunun niyə və hansı kontekstdə qaldırılması açıq-aydındır.

“Mən sizdən çox xahiş edirəm, bunu etməyin. Bu mövzu sizin informasiya məkanınıza və səlahiyyət sahənizə daxil deyil. Bu, artıq hörmətsizlikdir”, – deyə o əlavə edib.