Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb

Zaxarova Azerbaycanla munasibetlerin normallasmasi yollarindan danisib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.

Zeferinfo.az-ın xəbərinə görə, Zaxarova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.

O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.

XİN rəsmisi Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.

“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, - o əlavə edib.

Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.