Zaxarova Almaniya müdafiə nazirinin bəyanatına cavab verdi

Zaxarova Almaniya mudafie nazirinin beyanatina cavab verdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın müdafiə naziri Boris Pistoriusun Moskva ilə NATO arasında müharibənin 2028-ci ildə başlaya biləcəyi barədə açıqlamasına münasibət bildirib.

Zeferinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İndi artıq görünür ki, təcavüzkar kimdir”, – Zaxarova qeyd edib.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bir neçə gün öncə Rusiya ilə NATO arasında mümkün müharibə təhlükəsi barədə ehtimal xarakterli bəyanat verib. Onun sözlərinə görə, Rusiya ordusunun yenidən güc toplaması 2028–2029-cu illər arasında baş verə bilər və bu dövrdən etibarən Moskvanın NATO üzvü olan ölkələr üçün real təhlükə yarada bilməsi ehtimal olunur.

Pistorius həmçinin Bildirib ki, NATO üzvləri bu müddətə qədər öz müdafiə qabiliyyətlərini ciddi şəkildə gücləndirməlidir və “müharibəyə hazır olmalıdır”.

Back To Top