Zeferinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar 3-cü Tala, Dağlı və İtitala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.
AQTA əməkdaşları sakinlərlə birlikdə Zaqatala və Balakəndə 600-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan yüz minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib.
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməlidir.