Yerli istehsal cizgi filmləri yox səviyyəsindədir - İsmət Səttarov

Yerli istehsal cizgi filmləri yox səviyyəsindədir.
Zeferinfo.az xəbər verir ki, bunu bu gün jurnalistlər üçün keçirilən brifinqdə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.
O qeyd edib ki, bizim yerli cizgi filmləri çəkilmir.
"Biz istəyirik ki, yeni kontent olsun. Uşaqlarımız üçün yeni cizgi filmlər çəkilsin. Lakin bunlar televiziyaların işi deyil. Bu, prodakşnların işidir", - deyə sədr bildirib.