Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Fevralın 26-dan başlayaraq hava şəraiti pisləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən Zeferinfo.az-a verilən xəbərə görə, fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.