Yenicag.az saytı 18 yaşına çatdı

Zeferinfo.az xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan və hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində versiyaları fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən isə Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində keçirilən beynəlxalq media layihələrində aktiv iştirak edir.
“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” araşdırma kitablarının müəllifi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər rəhbərlik edir.