Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı yeni məlumatlar ortaya çıxıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi olmuş Fərid Əsgərov həm də peşəkar karate mütəxəssidir.
O, 2017-ci ildə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilib.
Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının və idman növünün ölkəmizdə inkişafına öz töhfəsini verib.
Vaqif Hüseynli: Demokrat.az


