Rusiya dövlət televiziyasına açıqlama verən V.Putin noyabrın 21-də nüvə başlığı olmayan yeni nəsil orta mənzilli “Oreşnik” raketindən istifadə etdiklərini söyləyərək deyib: “Hədəf Dneprdəki (Dnepropetrovsk) hərbi-sənaye obyekti oldu və uğurla vuruldu.
Ukraynanın ABŞ və Böyük Britaniya istehsalı olan silahlarla Rusiya ərazisinə etdiyi hücumlara “Oreşnik” raketilə cavab verdik.
Uzaqmənzilli silahlardan istifadəyə Rusiya torpaqlarında icazə verməyəcəyik.
Rusiyaya Qərb istehsalı olan uzaqmənzilli raketlərlə hücumlardan sonra Ukrayna münaqişəsi qloballaşdı.
Təcavüzkar hərəkətlərə biz də eyni qətiyyət və eyni şəkildə cavab verəcəyik”.