Yeni nazir bu yazıçının oğludur

Yeni nazir bu yazicinin ogludur
 

Anar Əliyev Azərbaycan yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, bundan əvvəl nazir müavini vəzifəsində çalışıb.

Gənc nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır. 

Zeferinfo.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid paylaşım edib.

Rəhim Əliyev AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçisidir, İradə Əliyeva isə "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.