Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü il dönümü münasibətilə tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü il dönümü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilmişdir.
YAP Səbail rayon təşkilatının bir qrup fəalları Ulu Öndər H.Əliyevin və Şəhidlərin Badamdar qəsəbəsində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Rəsmi çıxışlar zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü, UNEC-in rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Şəhid anaları adından Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban xanım, Qarabağın azadlığı uğrunda cəsarətlə vuruşan Qazilər adında Vətən müharibəsi iştirakçısı Ramin Şirinov çıxış ediblər.
Çıxışlarda qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən meydana gəlmişdir. Azərbaycanda gedən proseslər və xarici qüvvələrin ciddi təzyiqləri Azərbaycanı dörd yerə bölünmək və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Azərbaycan sosial-iqtisadi vəziyyətin minimum səviyyəyə düşməsi, Qərbi Azərbaycanlıların doğma torpaqlarından zorla qovulması, Qarabağ bölgəsində rayonların bir-birinin ardınca işğal olunması, bir milyondan çox məcburi qaçqın və köçkünlərin olması, işsizliyin sürətlə artması, sərişdəsiz dövlət rəhbərlərinin öz mənafeyini xalqın mənafeyindən üstün tutması, ayrı-ayrı siyasi partiyalar arasında hakimiyyət uğrunda mübarizəsi və.s. ölkəmizdə ictimai-siyasi vəziyyətin gərginliyini gün- gündən artırırdı. Davam edən bu proseslər nəticəsində Azərbaycanın dünya xəritəsindən silinəcəyi təhlükəsini dərk edən, vətənini canından artıq sevən ziyalılar (məşhur 91-lər) heç bir təzyiqdən çəkinməyərək Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasının vacibliyini bildirərək, yalnız onun rəhbərliyi ilə Azərbaycanın bu ağır fəlakətlərdən qurtara biləcəyinə ümid bəsləyirdilər. Ziyalıların və xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması xalqımızın növbəti fəlakətlərdən və müstəqilliyimizin tamamilə itirilməsi təhlükəsindən qurtardı.
Məhz Ulu Öndər Heydər Əliyevin gərgin, müdrik, cəsarətli fəaliyyəti və çevik diplomatiyasının nəticəsi olaraq Azərbaycanda social-iqtisadi inkişafın təməli qoyuldu. Aparılan zəruri islahatlar, əsrin müqaviləsinin imzalanması, dünya ölkələri ilə münasibətlərin yenidən qurulması, ordu quruculuğu və xalqın dövlət ətrafında birliyinin təmin olunması Azərbaycanın gələcək uğurlarının əsasını təşkil edirdi.
Çıxışlarda xüsusilə qeyd olunduki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək, xalqımızın həsrətlə gözlədiyi torpaqları işğaldan azad etdi. Beş ildir ki, xalqımız qürur və şərəflə yaşayır, azad olunmuş ərazilərdən möhtəşəm quruculuq işləri davam edir, Azərbaycanın güclü ordusu vardır və Azərbaycanın dünya miqyasında nüfuzu atrmaqda davam edir. Yeni Azərbaycan Partiyası onun sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının etimad etdiyi partiya olaraq əziz xalqına xidmətini davam etdirir.
Tədbir çərçivəsində YAP Səbail rayon təşkilatının fəal üzvlərinə Fəxri Fərmanlar təqdim olunub, partiyaya yeni qoşulan şəxslərə isə üzvlük vəsiqələri təqdim edilərək onların gələcək fəaliyyətində uğurlar arzulanıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib, Bədii Hissə iştirakçıları ilə birlikdə xatirə şəkillərinin çəkilmişdir.