2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə isə, Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, nəhəng infrastruktur layihələri həyata keçirildi,sosial proqramlar genişləndi, diaspor və xarici siyasət gücləndirildi, ordumuz ən yüksək səviyyəyə qaldırıldı. Bununla da Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Bu nailiyyətlərin hamısı YAP-ın siyasi kursunun davamlılığı və dövlətçilik ənənəsinin qorunması ilə mümkün oldu.Yeni Azərbaycan Partiyasının ən böyük gücü xalqla birliyindədir. Partiyanın yaranması da, yüksəlişi də, qələbələri də xalqın etimad və dəstəyi ilə baş tutmuşdur. YAP öz fəaliyyətində həmişə vətəndaşın problemini, haqqını, rifahını prioritet saymış, minlərlə insanın sosial məsələlərinin həllində iştirak etmişdir.
Yap həmçinin, qarşıdakı illərdə ölkənin inkişaf strategiyasını daha da gücləndirmək üçün bir sıra hədəflər müəyyən etmişdir, bunlara, 2040–cı ilədək iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, Qarabağın tam bərpası və Böyük Qayıdışın sürətləndirilməsi, rəqəmsal dövlət və süni intellekt layihələrinin genişləndirilməsi, gənclərin dövlət idarəçiliyində daha fəal iştirakı, sosial rifahın daha da yüksəldilməsi, enerji, nəqliyyat və logistika sahələrində regional liderliyin möhkəmləndirilməsi, yaşıl enerji zonalarının genişləndirilməsi (Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda) aiddir. Bu planlar partiyanın gələcəyə inamla baxdığını və Azərbaycanın XXI əsrin aparıcı ölkələrindən birinə çevrilməsi yolunda ardıcıl siyasət yürütməyə davam etdiyini göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin əsas siyasi dayaqlarından biridir. Dövlətin qurulması, qorunması və inkişafı prosesində YAP həm tarixi missiya yerinə yetirmiş, həm də gələcək nəsillər üçün sabit, güclü və irəliyə gedən Azərbaycan modeli formalaşdırmışdır. Bu gün YAP təkcə bir siyasi partiya deyil, o, dövlətçilik məktəbi, milli həmrəyliyin simvolu, qalib Azərbaycanın ideoloji dayağıdır.
“Azərbaycanın gələcəyi güclü dövlətçilikdə, milli birliyimizdə və xalq–hakimiyyət vəhdətindədir.”
Bakı Qızlar Universiteti tələbəsi: Sevinc Hüseyinova Nəsimi rayon gənci