Yekaterinburqda saxlanılan Bakir Səfərovun həbs müddəti uzadıldı

Yekaterinburqda saxlanilan Bakir Seferovun hebs muddeti uzadildi

Yekaterinburq şəhərində məhkəmə əvvəlki illərdə törədilmiş qətllərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs Bakir Səfərov barəsində həbs qətimkan tədbiri seçib.

Zeferinfo.az  xəbər verir ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

İyunun 27-də Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri – Bakir Səfərovun məhkəmə prosesi başlanıb.

Həmin əməliyyat çərçivəsində saxlanılan digər azərbaycanlılar, Əhliman Gənciyev və Şahin Lalayevin də məhkəmə iclasları keçirilir.

Məlumata görə, bütün Azərbaycan diasporası hadisə yerinə toplanıb.

 

 
 
Back To Top