Yaxın vaxtlarda Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı - Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar keçirilib. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.
Zeferinfo.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O qeyd edib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü vurğulayaraq deyib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.