Yaxın vaxtlarda Azərbaycanda “Mobil icra” tətbiqi istifadəyə veriləcək

Zeferinfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, tətbiq vasitəsilə tələbkar və borclular öz şəxsi kabinetləri vasitəsilə icra işinə dair bütün zəruri məlumatları götürə, icra işinin statusunu real vaxt rejimində izləyə, ödəniş tarixçəsi və qalıq borca nəzarət edə biləcəklər:
"Eləcə də qalıq borca və ödəniş tarixçəsinə nəzarət edilə və tətbiq olunan məhdudiyyətlər izlənilə bilər”.
L.Hüseynzadə həmçinin xatırladıb ki, məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Elektron icra” informasiya sistemi əsaslı surətdə yenilənərək zəruri funksionallıqlarla təmin edilib:
"Geniş funksionallıqlara malik yeni sistemin köməyilə 2025-ci ildə icra xidməti göstəricilərinin daha da yaxşılaşdırılması mümkün olacaq.