“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı müsabiqə
Müsabiqəyə 01 iyun 2024-cü il tarixinindən 1 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
Qeyd 1: Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Qeyd 2: Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
V. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin bank hesabının rekvizitləri;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
2. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində yer almalıdır:
- Müsabiqə yazısı ("Word" faylında, imzasız);
- Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
- Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud "Word" faylında);
- Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) .
- Yazı müəllifinin bank hesabının rekvizitləri.
Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 01 iyun 2024-cü il tarixdən 1 iyul 2024-cü il tarixinə saat 17.00-dək qəbul ediləcək.
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.
Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı info@presscouncil.az elektron ünvanına göndərilməlidir.
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96
Mobil/Whatsapp: (+994 50) 242 09 91; (+994 55) 789 85 03.