“YAŞAT” Fondunun rəhbəri məktəblilərlə görüşəcək

“YASAT” Fondunun rehberi mekteblilerle gorusecek

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 5-də paytaxtdakı 151 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Layihənin budəfəki qonağı “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.