“Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir.
Marafon Şahdağ Turizm Kompleksinin, “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının (DTİK) sponsorluğu ilə reallaşdırılır.
Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.