“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsini davam etdirir -FOTO

“YASAT” Fondu mualice ve psixoloji destek xerclerinin odenilmesini davam etdirir -FOTO

“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir.

Müharibə əlili Allahverdiyev Arzuman Mikayıl oğluna tibbi “3D VT- Ablasiya” xidməti göstərilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan bu xidmətin ödənişi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Eyni zamanda şəxsin dərman təminatı ilə bağlı müraciətləri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

image-2