"Yaşat" Fondu müalicə istiqaməti üzrə 38 milyona yaxın vəsait xərcləyib

"Yasat" Fondu mualice istiqameti uzre 38 milyona yaxin vesait xercleyib

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 37 milyon 911 min 765 manat manat təşkil edir".

Zeferinfo.az xəbər verir ki, bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat çıxışında bildirib.

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 934 müraciəti olmaqla, ümumilikdə, 77 263 müraciət təmin edilib. 193 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyə Respublikasında davam edir", - o qeyd edib.