“YAŞAT” düşərgəsinin ikinci həftəsi başa çatıb -FOTOLAR

“YASAT” dusergesinin ikinci heftesi basa catib -FOTOLAR
 
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

Uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar.

Azərbaycan Milli Güləş Yığmasının üzvü, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya çempionu, 4 qat Avropa çempionu, Avropa oyunlarının qızıl mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar bu idman növünün ən maraqlı sirrlərinə yaxından bələd olublar.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə, “Bilim Bakı” mərkəzinin isə
kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər.

ABAD tərəfindən ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də “Dayaq Xeyriyyə”nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda baş tutan təlim marağa səbəb olub.

Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanovun və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Səbinə Əsgərova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Bilim Bakı” Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi;

Media dəstəyi: ASAN Radio/TV

image-1 image-2 image-3 image-4