DİN-dən Zeferinfo.az-a bildirilib ki, onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.