Yadigarları ilə ölümsüzləşən memar-mühəndis

Yadigarlari ile olumsuzlesen memar-muhendis

kitabələrdə dolanıb lap yuxarıdakı yazı qurşağını tamamlayan iki misralıq şeir üzərində dayandı:
“Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölürük, əsər qalır yadigar”!
Doğrudan da, Əcəmi Əbubəkroğlunun yaratdığı Möminə xatın türbəsi məğrurluq rəmzi kimi əsrləri yoraraq günümüzə qədər gəlib çatmış möhtəşəm sənət əsəridir.
XIX əsrə aid rəsm və fotoşəkillərdən bəlli olduğu kimi, ərazidə Möminə xatın türbəsi ilə yanaşı, dövrümüzə gəlib çatmamış monumental tikili – Cümə məscidi və zəngin bəzəkli, uca çatmatağlı iki minarəli giriş portalı da inşa olunmuşdur. Üzərində Əcəmi Əbubəkroğlunun adı olan qoşaminarəli portalın kitabəsi XIX əsrin ortalarında məşhur rus şərqşünası N.Xanıkov tərəfindən oxunmuş və nəşr edilmişdir. Şərqşünas alimin qeydlərinə görə, portalın üzərindəki kitabədən onun Atabəylər dövlətinin atlı qoşun başçısı və vergiyığanı Əmir Nurəddin tərəfindən 1187-ci ildə tikildiyi bildirilir. Həmin kitabədə, o biri abidələrdə olduğu kimi, “Memar Əcəmi Əbubəkroğlu Naxçıvaninin əsəridir” cümləsi ərəb dilində kufi xətlə yazılmışdır.
Naxçıvan memarlıq məktəbinin yadigarları olan sənət abidələri öz dövrünün ən yüksək sənət nümunələri kimi Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Azərbaycan memarlığının mahir sənətkarı kimi tanınmış Memar Əcəmi Əbubəkroğlu öz sənət əsərləri ilə yaradıcılıq zirvəsinə qalxmış, sənət yadigarları ilə adını əbədiləşdirmişdir.
Məlumat üçün bildirək ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında Mahmud Kaşğarinin “Divani-lüğəti-türk” əsərinin 950 illiyi ilə yanaşı, görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi də 2024–2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir.

Aytəkin Əliyeva: NMR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin böyük elmi işçisi