"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin üzvləri Sumqayıt şəhərində yerləşən Qafqaz Döyüş Akademiyasını ziyarət ediblər

"Xususi Teyinatlilarin Qazileri, Sehid Aileleri ve Veteranlari" Ictimai Birliyinin uzvleri Sumqayit seherinde yerlesen Qafqaz Doyus Akademiyasini ziyaret edibler
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin üzvləri Sumqayıt şəhərində yerləşən Qafqaz Döyüş Akademiyasını ziyarət ediblər.
Zeferinfo.az xəbər verir ki, ziyarət çərçivəsində MMA (qarışıq döyüş sənəti) idman növü üzrə məşqçi Ravil Fətullayev və onun tələbələri ilə görüş keçirilib. Görüşdə gənclərlə vətənpərvərlik mövzusunda maarifləndirici söhbətlər aparılıb, onların idmanda və həyatda gələcək uğurlarına dair tövsiyələr verilib.
Sonda göstərdiyi fəaliyyətə görə məşqçi Ravil Fətullayev İctimai Birlik tərəfindən Fəxri Fərmanla təltif edilib.