“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə bayram tədbiri  keçirilib- FOTOLAR

“Xususi Teyinatlilarin Qazileri, Sehid Aileleri ve Veteranlari” Ictimai Birliyinin teskilatciligi ile bayram tedbiri  kecirilib- FOTOLAR

26 iyun  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü  münasibətilə  “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir  keçirilib. Tədbirdə şəhid ailələri, Milli Məclisin deputatları, qazilər və media nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə şəhid ailələrini və qazilərimizi 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

Daha sonra şəhid ailələri çıxış edərək qazilərimizi bayram münasibətilə təbrik ediblər.  Xüsusi Təyinatlı Qüvvələrin mənsubu  komandanlığın bayram təbrikini oxuyub.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli də tədbirdə çıxış edərək öz arzu və istəklərini tədbir iştirakçılara çatdırıb. Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Zaur Hüseynov də tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Azərbaycan Ordusunun yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.Tədbir bədii hissə ilə davam edib. Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə  və Mirələm Mirələmov çıxış edərək qazilərimizi təbrik edib, öz ifaları ilə mərasimə xüsusi bir ab-hava qatıblar. Sonda xatirə fotoları çəkilib.